Birləşmiş Ərəb Əmirliklərində Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib
Bizi izləyin

Qırmızı.az

Birləşmiş Ərəb Əmirliklərində Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Publika.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Elxan Qəhrəman öz çıxışında tədbir iştirakçılarına Xocalı Soyqırımı haqda ətraflı məlumat vermişdir. Soyqırıma siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən səfir, sözügedən soyqırımın hər il qeyd edildiyini qeyd etmişdir. Həmçinin E.Qəhrəman soyqırımın 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümumxalq yürüşündə iştirak etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Xocalı soyqırımı haqqında həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Azərbaycanın birinci xanımı, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü qeyd edən səfir, bununla yanaşı Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının təsis edildiyini vurğulamışdır.

Həmçinin tədbirdə Türkiyə Respublikasının səfiri Vural Altay çıxış etmişdir. Çıxışında səfir Xocalı soyqırımının bəşəriyyətə qarşı bir cinayət aktı olduğunu bildirmiş, qeyri-insani əməllərlə müşayiət edilən bu cür kütləvi qırğınların yalnız ürəkləri nifrət və ədavətlə dolu cinayətkarlar tərəfindən törədilə biləcəyini xüsusilə qeyd etmişdir.

Tədbirdə soyqırım haqqında fotosərgi, tədbirin sonunda isə "Böyük yalanın həqiqətləri" adlı sənədli film nümayiş etdirilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm