Şəhid Kərəm Nöhbalayev sabah torpağa tapşırılacaq
Bizi izləyin

Qırmızı.az

Şəhid Kərəm Nöhbalayev sabah torpağa tapşırılacaq

Bu gün cəbhə xəttində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlunun sabah doğulduğu kəndə gətiriləcəyi gözlənilir.

K. Nöhbalayev 14 aprel 1995-ci ildə Xaçmaz rayonunun Yeni Həyat kəndində anadan olub. 2013-cü ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə şəhidin cəsədi sabah doğulduğu kəndə gətirilərək torpağa tapşırılacaq.

Qeyd edək ki, fevralın 26-da saat 15.30-da Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Şəhid olan kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm