Məşhurlar Xocalı soyqırımı ilə bağlı video-çarxa çəkiliblər - VİDEO
Bizi izləyin

Qırmızı.az

Məşhurlar Xocalı soyqırımı ilə bağlı video-çarxa çəkiliblər - VİDEO

Azərbaycanlı sənətçilər Xocalı soyqırımını yad etdilər.

Azərbaycanlı sənətçilər Xocalı soyqırımını yad etdilər.

Sənət aləminin bir çox məşhur simaları, Xocalı ilə əlaqəli olan video-çarxa çəkiliblər. Onlar adıçəkilən videoda soyqırımda dünyasını dəyişmiş şəhidlərin dilindən olaraq "Bizi unutma" şüarı səsləndiriblər.

Bir neçə tanınmış simaların qatıldığı çarxda gənc müğənni Çingiz Mustafayev, Avroviziya 2011 mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, rəqqasə Oksana Rəsulova, radio aparıcısı Zaur Darabzadə, Elvin Babaşov, Şəhriyar Əbilov, “Ok” jurnalının baş redaktoru Zəhra Bədəlbəyli, Afa Məryəm və digərləri iştirak ediblər.

Qeyd edək ki, məşhur sənətçilər ötən gündən etibarən "Ana fəryadı" adlı abidəni ziyarət ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm