Samuxda avtomobil yas mağarına girib, ölən və yaralananlar var
Bizi izləyin

Qırmızı.az

Samuxda avtomobil yas mağarına girib, ölən və yaralananlar var

Bu gün saat 20: 30 radələrində Samux rayonunun Qədili kəndində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün saat 20: 30 radələrində Samux rayonunun Qədili kəndində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Kəpəz TV-yə istinadən məlumat verir ki, "VAZ 2106" markalı avtomobilin yolun yaxınlığında quraşdırılan yas mağarına girməsi nəticəsində 10 nəfər yaralanıb. Yaralılardan bəziləri ilkin tibbi yardım üçün Samux Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyətləri qismən ağır olan 5 nəfər rayon sakini - 33 yaşlı Cuma Mehdiyev, 46 yaşlı Sakit Şəfiyev, 40 yaşlı Novruz Quliyev, 41 yaşlı Əziz Rüstəmov və 44 yaşlı Yaşar Məmmədov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Şəfiyevin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti isə orta ağırdır.

Şahidlərin bildirdiyinə görə, hadisəyə səbəb sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi olub.

Hazırda polis sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm