Braziliya Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Bizi izləyin

Qırmızı.az

Braziliya Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Fevralın 26-da Azərbaycanın Braziliyadakı səfirliyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Fevralın 26-da Azərbaycanın Braziliyadakı səfirliyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Səfirlikdən verilən məlumata görə, tədbirdə portuqal dilində nəşr olunmuş, ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsus "Xocalı. 22 il. 10 hekayə, bunlar gerçək ola bilərdi" (Khojaly. 22 anos, 10 histórias que poderiam ter sido verdadeiras) adlı kitabın təqdimatı olub.

Tədbirin əvvəlində Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Elnur Sultanov qonaqlara adıçəkilən kitabı təqdim edərək bu nəşrin Xocalı faciəsi qurbanlarına həsr olunduğunu və soyqırım dəhşətlərinin çox təsirli şəkildə oxucuya çatdırılması baxımından dəyərli olduğunu qeyd edib. O, son 5 ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verərək artıq Braziliyada da müxtəlif tədbirlərin baş tutduğunu bildirib.

Xocalı faciəsinin acı gerçəkləri haqqında danışan səfir E.Sultanov Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin və bəşəriyyətə qarşı bu cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulayıb.

Sonra "Xocalı. 22 il. 10 hekayə, Bunlar gerçək ola bilərdi" adlı kitabda olan hekayələrdən biri səfirliyin əməkdaşı Səbuhi Kərimov tərəfindən səsləndirilib.

Daha sonra braziliyalı musiqiçi Bernardo Bittenkur Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş matəm musiqisi ifa edib.

Tədbirin sonunda Xocalı faciəsi haqqında Azərbaycan rəssamlarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib və qonaqlara Xocalı soyqırımı ilə bağlı materiallar paylanılıb.

Tədbirdə Braziliya parlamentinin üzvləri, bir neçə ölkənin səfirləri, diplomatik korpus, akademik elmi dairələr və yerli ictimaiyyət nümayəndələri iştirak edib. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm