• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Füzuli rayonunun daha bir qəsəbəsinə mavi yanacaq verildi

Füzuli rayonunun daha bir qəsəbəsinə mavi yanacaq verildi

Füzuli rayonunun daha bir qəsəbəsinə mavi yanacaq verildi

Füzuli rayonunun Üçüncü Zobucuq qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, qəsəbə ağsaqqalları iştirak etmişlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək respublika əhalisinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə genişmiqyaslı işlər həyata keçirildiyini bildirmiş, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunduğunu vurğulamışdır. Qeyd etmişdir ki, rayonun 24 şəhər, qəsəbə və kəndi təbii qazla təmin olunmuşdur. Qaz çəkilişi davam edir ilin sonunadək bu məsələ tam həll olunacaqdır.

Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir.

Qeyd edək ki, 400 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 18033 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra rəmzi məşəl yandırılmış və evlərə mavi yanacağın verilməsinə baxış keçirilmişdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR