ASAIF təmsilçisi İspaniya radiosunda Xocalı soyqırımından danışdı
Bizi izləyin

Qırmızı.az

ASAIF təmsilçisi İspaniya radiosunda Xocalı soyqırımından danışdı

2014-cu ilin 26 fevral tarixində “Azərbaycan-Latın Amerika Gənclərinin Dostluğu” ALAGD İctimai Birliyin sədri və ASAIF-in İspaniya təmsilçisi Mahir Qurbanov İspaniyanın Mollet del Vallès şəhərində fəaliyyət göstərən və çox saylı dinləyici auditoriyası olan Mollet del Vallès radiosunun tanınmış Annour la Llum programında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında danışıb.

Programın aparıcısı olan Karles Penya tərəfindən dəvət olunmuş ALAGD sədri, Xocalı soyqırımını tarixi faktlarla izah edib və müəyyən suallara cavab verib.

Mahir Qurbanov qeyd edib ki, Ermənilərin Azərbaycan tarixi torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları məhz onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsidir. 1985-ci ildən ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə, Sovet İttifaqı böyük iqtisadi problemlərlə üzləşdi. Mixail Qorbaçov Sovet İttifaqının dağılması və məhvinin səbəbkarıdır və ermənlər onun hakimiyyətə gəlişilə öz işğalçı ideyalarını yürütməyə başladılar. Və 1990 – ci il, yanvarın 19-dan 20-nə keçən gecə, sovet ordusu Bakıya daxil oldu. Və əsasən erməni quldur dəstələrindən ibarət olan bu ordu, Azərbaycan xalqına qarşı terror aktı həyata keçirtdi. Azərbaycan xalqı öz azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparırdı. Bu Azərbaycan tarixində Qara Yanvar və ya 20 Yanvar faciəsidir. Ancaq, Sovet İttifaqının dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edib. Və 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günüdür.

M.Qurbanov onuda bildirib ki, 1991 – ci ildə Ermənistan yaranmış şəraitdən istifadə edərək, Azərbaycan tarixi torpaqlarına, yəni Dağlıq Qarabağa daxil olaraq, işğalçı siyasətini həyata keçirməyə başladı və bizim dədə - baba torpaqlarımızı işğal etdi. Artıq 22 ildirki torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı soyqırım törədilməsidir. Bu Xocalı soyqırımıdır. Bu azərbaycan xalqının ağrısıdır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində “Xocalıya ədalət” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə qeyd etmək lazımdır. Məhz Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində indi dünya ölkələri ermənilərin törətdiyi Xocalı soyqırımı haqqında daha düzgün məlumatlandırılır.

“Bir məsələni də vurğulamaq istəyirəm ki, 1993 – cü ildə BMT - nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 qətnamələr hələ də yerinə yetirilməyib. Müharibənin nəticəsi olaraq, bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır,”- M.Qurbanov deyib. Radioda mövzu əsasında fikir mübadiləsi davam etdirilib.

Verilişin əvvəlində Karles Penya bir həftə öncə bu radioda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında erməni politoloqunun danışdığını qeyd edib.

Bu da azərbaycan tələbəsinin tarixi faktlarla erməni politoloquna verdiyi həqiqi cavabdır.

Qeyd edək ki, ASAIF təmsilçisi Mahir Qurbanov hazırda Barselona Dövlət Universitetinin Hüquq Fakültəsində Siyasi Təhlil ixtisası üzrə magistr təhsil pilləsini davam etdirir və ilk azərbaycanlıdır ki, İspaniyanın Mollet del Vallès radiosunda çıxış edir.

Verilişi aşağdakı linkdən dinləyə bilərsiniz:

http://www.ivoox.com/programa-annour-26-febrer-2014-audios-mp3_rf_2870705_1.html

Oxumağa davam et
Reklam
Reklam

Gündəm