• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Erməni problemi Belçikada gündəmə gətirilir

Erməni problemi Belçikada gündəmə gətirilir

Belçikada “Qafqaz və bölgədə erməni problemi mövzusu” gündəmə gətiriləcək.

28 fevral tarixində Azərbaycanın Belçikadakı səfirliyi, Dünya Azərbaycanlıları Konqresi və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin bir təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümü münasibəti ilə paytaxt Brüsseldə “Qafqaz və bölgədə erməni problemi mövzusu” adlı konfrans təşkil ediləcək.

Tədbir Vrije Universitesində baş tutacaq.

Konfransa Qafqaz məsələləri üzrə ekspert Mixel İvor “20 ildir davam edən Azərbaycan torpaqlarının işğalı” Dokuz Eylül Universitetinin əməkdaşı Vəfa Qurbanın “Türkiyə və bölgənin erməni problemi”, millət vəkili Qənirə Paşayevanın “Azərbaycanın erməni problemi” mövuzlarında çıxışları dinləniləcək. Sonra panel sual-cavab şəkilində davam etdiriləcək.

Tədbirin təşkilatçılarından olan Dünya Azərbaycanlıları Konqresi sədr müavini Asif Qurban bu tipli tədbirlərin Azərbaycan və Türkiyədən başqa avropanın başqa yerlərində də keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sədr müavini eyni zamanda belə tədbirlərin Avropada keçirilməsinin bizə qarşı formalaşan standart və düşüncələrin dağılmasına kömək edəcəyini bildirib.

Tədbirdə Brüsseldə yaşayan soydaşlarımızın, tələbələrin və ictimai təşkilat fəallarının iştirakı gözlənilir.

Elnur Eltürk

Xəbər lenti

DAHA ÇOX XƏBƏR