TQDK bakalavrlara müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK bakalavrlara müraciət etdi

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrədən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap edə bilərlər.

Publika.Az-ın məlumatına görə, bu barədə TQDK-nın mətbuat xidməti məlumat yayıb.

İş nömrəsi və şifrini itirmiş bakalavrlar ödəmə kartını aldığını telefon nömrəsindən 2 yazıb 7745 nömrəsinə göndərməlidir.

Ödəmə kartını internet ödəmə vasitəsi ilə əldə edib sonradan həmin iş nömrəsi və şifri itirən bakalavrlar Bakı şəhərində TQDK-nın əsas binasına (Ak. H.Əliyev küç, 17) yaxınlaşmalıdır. Regionlarda yaşayanlar vətəndaşlar isə qeyd etdiyimiz məsələ ilə bağlı TQDK-nın regional bölmələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, imtahana gələrkən “Bakalavrın imtahana buraxılış vərəqi”ni və şəxsiyyət vəsiqəsinin əslini mütləq özünüzlə gətirməlisiniz.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm