• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşir

Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşir

Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşir. Ərazidə mövcud olan sürüşmə zolaqları son 2 gündə daha da güclənib və böyük uçqunlara yol açıb.



Milli.Az Kanal S-ə istinadən bildirir ki, ötən illərdə baş vermiş torpaq sürüşmələri yenidən təkrarlana bilər. Uçqun baş verdiyi yolda müəyyən işlər aparılmasına baxmayraq uçqun vuran ərazi gündən-günə çoxalmaqdadır.



Sürüşməyə meylli olan ərazilərdə artıq dağıntılar qeydə alınıb. Əsasən yolun 147, 149, 150 və 152-ci km-də sürüşmələr daha aktiv şəkildə özünü göstərir. Adı çəkilən ərazidə bərpa işlərinə start verilib. Öncəki günlərdə əraziyə yağan intensiv yağışları torpaq sürüşməsinə birbaşa səbəb kimi göstərilir. Yolun üst qatından təxminən 1-2 metrlik dərinliyə daxil olan qrunt sular yolun uçmasına səbəb olur. Magistral yolda hərəkətin daha da təhlükəli olmaması üçün çökmə yerində 12 saylı Ağsu Rayon Yol İstismar İdarəsinin işçiləri çalışırlar. Yolda təmir işləri aparıldığı təhlükəli yerlərdə lentlər və ehtiyat nişanları qoyulub. Ümumilikdə ucquna məruz qalmış ərazilərə 22 ədəd diqqət təhlükə nişanları yerləşdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR