Təhsil Nazirliyinə 7 mindən çox şikayət daxil olub
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyinə 7 mindən çox şikayət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Publika.Az-ın verdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

10 dekabr 2013-cü il tarixindən 25 fevral 2014-cü il tarixinədək Telefon Məlumat Mərkəzinə 7889 zəng daxil olub. Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində isə yanvarın 23-dən fevralın 25-dək 5663 vətəndaşa xidmət göstərilib.

Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti sorğu xarakterli olub. Hər iki mərkəzə daxil olan 13552 müraciətdən 6585-i dərhal cavablandırılıb və operativ həll edilib. 6967 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Mərkəzlərə daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, məktəbəqədər və ümumi təhsil, işə qəbul, təhsil müəssisələrinin təmiri və bərpası ilə bağlı məsələlər əksini tapıb. Şikayət xarakterli müraciətlər xüsusi proqram vasitəsilə qeydiyyata alınıb və nazirliyin müvafiq struktur bölmələrinə yönəldilib.

Məlumat üçün onu da qeyd edək ki, cari ilin fevralında Telefon Məlumat Mərkəzinə 3090 zəng daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə vətəndaşlar tərəfindən həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək daha çox müraciət olunub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm