• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İncə ruhlu nəğməkar- şair - Tağı Sadiq (Əhmədov)- VİDEO

İncə ruhlu nəğməkar- şair - Tağı Sadiq (Əhmədov)-  VİDEO

Tağı Sadiq Tağı Əhmədovdan fərqli idi

Xəbər verdiyimiz kimi uzun illər metropolitenə rəhbərlik etmiş Tağı Əhmədov tutduğu postdan azad edilib. Bu arada maraq üçün deyək ki, Tağı Əhmədov təkcə metro rəisi deyildi, həm də qələm əhlidir. O, Tağı Sadiq təxəllüsü ilə şeirlər yazır. Məlum olan şeirlərinin əksəriyyətinə mahnılar bəstələnib. Ona görə Tağı Əhmədova nəğməkar-şair də demək olar.

Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində "Tağı Sadiq" imzası yetərincə tanınıb.

Rejissor Elnaz Əbluçun çəkdiyi "İlham alıram" klipində xalq artisti Mələkxanım Əyyubovanın ifaları altında Prezident İlham Əliyevin ölkədə apardığı quruculuq işlərinin geniş vüsət almasından bəhs edilir. Bu klipin musiqi müəllifi, tanınmış tarzən, xalq artisti Zamiq Əliyevdir. Klipin sözlərinin müəllifi Tağı Əhmədovdur (Tağı Sadiq).

2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri Zamiq Əliyevə məxsus olan “Vurulmuşam” və “Tarzən” adlı albom-disklər buraxılıb.

Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən “YAP partiyası” musiqili klipində də musiqi Zamiq Əliyevə, sözlər Tağı Sadiqə məxsusdur.

Musiqi sahəsinin bəzi simaları Tağı Sadiqi incəsənətin yaxın dostu, himayədarı, nəğməkar şair adlandırılar.

Tağı Sadiqin yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.

Tağı Sadiqin yaradığılığında məhəbbət mövzusu da geniş yer tutur. Onun yazdığı "Boş şeydi məhəbbət", “Göz yaşına dözmək olmur” adlı şeirlərə meyxanalar da bəstələnib.

Tərcümeyi-halı

Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub.

1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləmişdir. 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat aparıb.

Evlidir, 2 övladı var.


Toxundu

Çox güvəndim sənli olan sevgiyə

Nədənsə, qismətim daşa toxundu.

Məni atıb könül verdin özgəyə

Yoxsa ki, məhəbbət yaşa toxundu.



Bu dünyanın qarası var, ağı var

Sevənlərin sevgi kimi dağı var

Hər bülbülün cəh-cəh vuran bağı var

Məhəbbət büdrəyib xışa toxundu.



Qəlbin çırpıntısı sevəndə olur

Ürək sızıltısı sevəndə olur

Könül pıçıltısı sevəndə olur

Sevgimiz dən düşmüş başa toxundu.



Tara vurğun olduq, kamana aşiq

Muğam şahnaz üstə verdi yaraşıq

Xoş günümüz yaman düşdü qarışıq

Bu yatan eşqimiz huşa toxundu.



Könlümüzü açdıq sevgi dağında

Bir çiçəkli çəmən, bir yaz çağında

Sadiq qərar tutdu hicran bağında

Güllü baharımız qışa toxundu.



Necə dözüm

Yanaqların lalə, dodaqların bal

Alıbsan canımı gözəl həyalım.

Zərif qollarını aç, boynuma sal

Qoyma ki, bu qədər odlara yanım

Hicran daşın atıb sənə inanım.



Gecə də, gündüz də arar yar yarı

Həm acı, həm şirin eşqin diyarı

Deyirəm qismətim olardın barı

Sənsən mənim ruhum ay gözüm, canım.



Sən aydan, günəşdən daha təmizsən

Sanki ləpələnən mavi dənizsən

Bil ki, necə varsan, elə əzizsən

Bir söylə bəs necə dözüm, dayanım.



Yar sənsiz bir günüm bil ki, bir ildi

Bu sevdam car oldu, el aləm bildi

Adıma az qala Məcnun deyildi

Neyləyim sevgimi, mən necə danım.



Dağın həzin yeli, çəmən gülüsən

Tax yaxan üstə qızılgülü sən

Sadiqin qəlbində xoş sevgilisən

Halaldır yolunda tökülsə, qanım.

Sənsən mənim ruhum ay gözüm, canım.

Gözəl


Yaradan yaradıb necə xoş gündə

Günəşdən nur alıb yanırsan gözəl

Bilirsən yox tayın odur özünsən

Aşiqanə çox naz satırsan gözəl.



Dilim söz tutmadı adını bilim

Bilirsən keçmişdi cavanlıq ilim

Çinar boylu, ağca maya, ay gülüm

Ətrafı yandırıb-yaxırsan gözəl.



Danışdın dür düşdü incə sözündən

Baxan çəkə bilməz gözün üzündən

Doğrusu gözəlsən, deyim düzündən

Özündə bunları anırsan gözəl.



Kimsəni görmədim tuta əlindən

Bir kəs incimədi tuti dilindən

Xoşbəxtdir kimsə tutsa, incə belindən

Aşkara bunları sezirsən gözəl.



Naz ilə yeridik birgə cüt qoşa

Yaydan çıxan oxum dəymişdi daşa

Xalqımın mərd qızı sən xoşbəxt yaşa

Sadiqi bəlaya salırsan, gözəl.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR