Metropolitenin yeni rəisi kimdir? - Arayış
Bizi izləyin

Qırmızı.az

Metropolitenin yeni rəisi kimdir? - Arayış

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə yeni yaradılan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə Tağı Əhmədovun vəzifəsinə sədr təyin olunan Zaur Mirtofiq oğlu Hüseynovun kimliyi maraq doğurur.


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Metropolitenin yeni sədri haqqında ictimaiyyətə o qədər də məlumatlı deyil. İnternet üzərindən axtarışlar aparsaq da, müfəssəl məlumata rast gələ bilmədik.

“Bakıelektrikşəbəkə” ASC-dən Publika.Az -a verilən məlumata görə isə, Z. Hüseynov 1964-cü ildə anadan olub.
2007-ci ilə qədər “Bakıelektrikşəbəkə” ASC-də sədrin birinci müavini vəzifəsinə çalışıb. Bir neçə xarici dili mükəmməl bildiyi, həmçinin yüksək menecerlik qabiliyyətinə malik olduğu deyilir. Əvvəl çalışdığı qurumda onun haqqında yüksək rəy var.

Ali təhsillidir, ixtisasca mühəndisdir.Ailəlidir, iki övladı var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm