Dünyanın 9 ölkəsinin gəncləri Bakıda yeni koalisiya yaratdı
Bizi izləyin

Qırmızı.az

Dünyanın 9 ölkəsinin gəncləri Bakıda yeni koalisiya yaratdı

Bakıda “Sülh və Təhlükəsizlik üçün Beynəlxalq Koalisiya” (International Coalition for Peace and Security) adlı tədbir keçirilib.

Publika.Az-ın məlumatına görə, ASAIF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) və beynəlxalq QHT-lərin birgə keçirdiyi tədbirdə ASAIF-in sədri Ramin Həkimov bildirib ki, əsas məqsəd koalisiya Azərbaycan maraqlarını beynəlxalq səviyyədə hər yerdə təmsil etsin.Koalisiyada dünyanın 9 ölkəsindən, 14 nümayəndə heyəti iştirak edib.

O qeyd edib ki, onların bu koalisiya çərçivəsində quracağı münasibətlər gələcəkdə dövlətlərarası münasibətlərə müsbət mənada təsir edə bilər: “Onun üçün də konsepsiya yazaraq gənc liderlərə göndərdik. Onlar da konsepsiyaları qəbul edərək fikirlərini bildirdikdən sonra Azərbaycana gəldilər. Burada Azərbaycandan sadəcə, ASAIF təmsil olunur. Tədbirdə Böyük Britaniya, İtaliya, İspaniya, Ukrayna, Litva, Türkiyə, İsrail, Vyetnam və digər ölkədən təmsilçilər var. Bu gənclər öz cəmiyyətlərinin, ölkələrinin ən öndə gedən, nüfuzlu liderləridir. Biz hər ölkədən 1-2 gənc lider seçdik ki, bu koalisiyanın üzvləri olsunlar. Koalisiyanın əsas məqsədlərindən biri Cənubi Qafqazda olan sülh və təhlükəsizlik məsələlərinin müəyyən mənada həllinə nail olmaq, əməkdaşlıq qurmaq və beynəlxalq layihələrdə aktiv şəkildə iştirak etməkdir”.

Çıxış edən İtaliyadan olan Tomassi Cakkozi bildirib ki, koalisiya ona qoşulan ölkələrə və gənc liderlərə böyük uğurlar gətirəcək.

İspaniyada sosialist partiyasının nümayəndəsi Patrisiya Rivera isə vurğulayıb ki, koalisiyadan gözləntilər böyükdür.

Litvada QHT rəhbəri olan qonaq Raida Vaulter isə deyib ki, Azərbaycanda olan gənclər siyasəti və dövlət quruculuğu onun diqqətini cəlb edib.

Türkiyədən bir çox gənclər təşkilatları adından iştirak edən Əmrə Ustaoğlu koalisiyanın bura qoşulan ölkələrin problemlərinin həllinə dəstək məqsədi daşıdığını dedi:

“Azərbaycana ilk dəfədir gəlirəm, təəssüratların çox yaxşıdır. Bura gəlməmişdən öncə də Azərbaycan haqqında, buradakı işğal, Xocalı faciəsi barədə tam məlumatlıydım. Bura gəldikdən sonra da yeni məlumatlar əldə etdik. Dünyanın hər hansı bir ölkəsində yaşanmış problem digər ölkələr üçün də təhlükədir. Ona görə də, məqsədimiz Azərbaycanın yaşamış olduğu problemləri digər ölkələrlə də bölüşmək, onların da belə hallarla qarşılaşmaması üçün kömək göstərməkdir”.

Ruminiyadan olan Aleksandra Dobra ölkəmizə ikinci səfəri olduğunu və buna görə təşkilatçılara təşəkkür etdiyini dedi:

“Mən ölkəmdə gənclər təşkilatlarının prezidentiyəm. Beynəlxalq Sülh və Təhlükəsizlik Koalisiyası çox önəmlidir. Hesab edirəm ki, bu sənəd ölkələr arasında beynəlxalq əlaqələr, münasibətlərin inkişafında mühüm rol oynayacaq. Burada müxtəlif təşkilatların təmsil olunması çox önəmlidir. Bu həm də həmin ölkələrin Azərbaycanla əlaqələr qurulmasında maraqlı olduğunu göstərir. Deyə bilərəm ki, Azərbaycan Ruminiya üçün həqiqətən də, yaxın ölkədir, bizim ölkələrimiz arasında xoş münasibətlər var. Sizin ölkənizin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da bizim ölkəmizə səfər ediblər. Həmin səfər zamanı Heydər Əliyev fondu tərəfindən Ruminiya məktəblərinə müəyyən ödənişlər edilib, onların inkişafı üçün vəsait ayırıblar. Mənim də burada olmağımın səbəbi bu münasibətləri inkişaf etdirməkdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm