"Alimlər şəhərciyi"nin salınacağı yerin adı məlum oldu
Bizi izləyin

Qırmızı.az

"Alimlər şəhərciyi"nin salınacağı yerin adı məlum oldu

"Alimlər şəhərciyi"nin salınacağı yerin adı məlum oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün "Alimlər şəhərciyi"nin salınacağı yerin adı açıqlanıb.

Akademiyadan İnterAz-a verilən məlumata görə, çoxmənzilli yaşayış binalarından ibarət olacaq "Alimlər şəhərciyi" Yasamal rayonu ərazisində - Mərkəzi Nəbatat Bağının yaxınlığında salınacaq. Şəhərcikdə hər biri 7 blokdan ibarət bir neçə binanın tikilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Bakının Yasamal rayonu, Şərifzadə küçəsindəki (ATV telekanalının binasının yaxınlığında) AMEA yataqxanasının ərazisində tikilən yeni binalarda mənzillərin sayı 200-ə çatdırılıb. Həmin bina tikinti şirkətləri ilə şərikli inşa olunub və orada Akademiya əməkdaşları üçün evlər ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm