Qafqaz Universitetinin əməkdaşları beynəlxalq sertifikatla təltif edilib
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universitetinin əməkdaşları beynəlxalq sertifikatla təltif edilib

Qafqaz Universiteti Kompyuter Mühəndisliyi bölməsinin əməkdaşları ECDL Beynəlxalq sertifikatı ilə təltif olunublar.

Bu barədə Publika.Az-a Universitetin mətbuat xidmətindən məlumat verilib.

Qafqaz Universiteti Kompyuter Mühəndisliyi bölməsinin əməkdaşları baş müəllim Etibar Seyidzadə və Əhəd Məmmədov fevral 2014 tarixində “ENOTES” layihəsi çərçivəsində Litvanın Kaunas şəhərində İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil edilən təlimlərdə iştirak ediblər. İki gün davam edən təlimlərdən sonra Etibar Seyidzadə və Əhəd Məmmədov ECDL test mərkəzinin online imtahanını müvəffəqiyyətlə başa vuraraq ECDL Beynəlxalq sertifikatı ilə təltif olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm