NİİM-dən “Azərcell”i məhkəməyə verməsinə münasibət
Bizi izləyin

Qırmızı.az

NİİM-dən “Azərcell”i məhkəməyə verməsinə münasibət

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin “Azərcell” şirkəti ilə heç bir problemi yoxdur.

Bu sözləri Publika.Az-a açıqlamasında NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Salamzadə küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iki avtomobil toqquşub, onlardan biri də “Azərcell” şirkətinə məxsus olub. Hadisə nəticəsində NİİM-ə məxsus avadanlıq zədələnib. NİİM də ona dəymiş zərərin ödənilməsi üçün avtomobilin məxsus olduğu şirkəti məhkəməyə verib.

Qeyri-professional sayt və jurnalistlər də nazirin adından informasiya yayıblar. Biz sadəcə qurum olaraq bizə dəymiş ziyanın ödənilməsi üçün şirkəti məhkəməyə vermişik”.

Qeyd edək ki, bu gün bəzi informasiya saytlarında Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzinin mobil rabitə operatoru olan Azercell şirkətini məhkəməyə verməsi barədə məlumatlar yayılmışdı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm