Tağı Sadiqin(Əhmədovun) sadiq dostları -FOTO
Bizi izləyin

Qırmızı.az

Tağı Sadiqin(Əhmədovun) sadiq dostları -FOTO

Xəbər verdiyimiz kimi, uzun illər metropolitenə rəhbərlik etmiş Tağı Əhmədov tutduğu postdan azad edilib. “İncə ruhlu nəğməkar- şair - Tağı Sadiq (Əhmədov)” http://publika.az/p/8433 yazısında qeyd etdiyimiz kimi, o həm də Tağı Sadiq imzası ilə nəğməkar şair kimi tanınırdı. Bəs, o, rəis olarkən yazdığı şeirlərə sevə-sevə mahnı bəstələyənlər, bu mahnıları həvəslə oxuyanlar onunla yaradıcılıq əməkdaşlığını indən belə də davam etdirəcəklərmi?

İlk sualı tanınmış bəstəkar Ramiz Mirişliyə ünvanladıq. Bəstəkar sualımızı incik qarşıladı: “Əlbəttə, bizim yaradıcılıq əməkdaşlığımız davam edəcək. Başa düşmürəm ki, mən o kişi ilə vəzifəsinə görə əməkdaşlıq edirəm? Mənim Tağı Əhmədova çox böyük hörmətim var və bu əbədidir”.

Müğənni Səyyad Əlizadəni də cavabı təxminən eyni məzmunda oldu :”Biz 30 ilin dostlarıyıq. Bizim əməkdaşlığımız əbədidir. Yəni nə qədər ki, yaşayırıq, dostluğumuz və əməkdaşlığımız davam edəcək. Tağı Əhmədov Metropoliten rəisi olmazdan əvvəl dost idik. Vəzifədə oldu – olmadı o, yaradıcı insandır”.

S. Əlizadə deyib ki, T. Əhmədovun vəzifədən ayrılması onlar üçün heç bir problem yaratmır:” Burada qeyri- adi bir şey yoxdur. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da vəzifə gəldi- gedərdir”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm