• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Elmi nəticələri fərqlənən institutların adı bəlli oldu

Elmi nəticələri fərqlənən institutların adı bəlli oldu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin “Gənclər üçün Prezident Mükafatı”na təqdim etdiyi 8 gənc alim AMEA-nın Fəxri Fərmanı ilə təltif olunacaqlar.

Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə qərar Rəyasət Heyətinin iclasında qəbul olunub. Onlar Riyaziyyat və Mexanika, Fizika, Geologiya, Botanika və Ədəbiyyat institutlarının, həmçinin Azərbaycan Tibb Universitetinin elmi nəticələri ilə fərqlənən gəncləridir.

İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” 2 iyul 2013-cü il tarixli fərmanını xatırlatmış və ölkədə gənclərin inkişafına dövlət qayğısı kimi yüksək qiymətləndirib. Əlavə edib ki, AMEA-nın Fəxri Fərmanı ölkə başçısının gənclər siyasətinin qarşıya qoyduğu vəzifələrdən irəli gəlir. Gənclərin təltif olunmasında məqsəd elm sahəsində intellektual və yaradıcı potensialı ilə fərqlənən gənc alimləri üzə çıxarmaq, fəaliyyətini qiymətləndirmək, onları daha geniş miqyasda elmi və elmi-təşkilati işlərə cəlb etməkdir. Bu AMEA-nın kadr hazırlığı siyasəti çərçivəsində həyata keçirdiyi kompleks tədbirlərdəndir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR