• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Cəzaçəkmə müəssisəsində "mobil telefon mağazası" açmaq arzusu

Cəzaçəkmə müəssisəsində "mobil telefon mağazası" açmaq arzusu

Bakıda 2 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Arzuman Mirzə oğlu İsmalılovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tamerlan Mirzə oğlu İsmayılzadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı "Texnolux" markalı elektrik çaynikinin elektrik qidalandırıcısının içərisində gizlədilmiş 5 ədəd "Nokia" markalı mobil telefon aparatı, bir ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı, bir ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik generatoru və üç ədəd elektrik qidalandırıcısının ucluqları aşkar edilərək götürülüb.

Qeyd edək ki, məhkum A.İsmalılov Cinayət Məcəlləsinin 182.2.1; 182.2.2; 182.2.3; 180.2.2; 332.2.1; 332.2.3; 66.3 və 332.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR