"Şərq tərəfdaşlığı" ölkələrinin fövqəladə hallar xidmətləri Tbilisidə təlimlər keçiblər
Bizi izləyin

Qırmızı.az

"Şərq tərəfdaşlığı" ölkələrinin fövqəladə hallar xidmətləri Tbilisidə təlimlər keçiblər

Tbilisidə "Şərq tərəfdaşlığı" proqramının himayəsi altında "PPRD East" proqramının komanda təlimlərinin baş planlaşdırma konfransı başa çatıb.

Tbilisidə "Şərq tərəfdaşlığı" proqramının himayəsi altında "PPRD East" proqramının komanda təlimlərinin baş planlaşdırma konfransı başa çatıb.

Gürcüstan Daxili İşləri Nazirliyi xəbər verir ki, proqramın iştirakçılarına sertifikat və mükafatlar təqdim olunub.

Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova və Ermənistanın fövqəladə hallar xidmətlərinin nümayəndələri irimiqyaslı fəlakətlər zamanı birgə xilasetmə əməliyyatlarını planlaşdırıb, həmçinin humanitar, texniki təchizat metodlarını müzakirə ediblər.

Tərəflər, eyni zamanda, beynəlxalq medianın fəaliyyət planını və mətbuat xidmətlərinin əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, "PPRD East" "Şərq tərəfdaşlığı" ölkələrində antropogen və təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və reaksiya verilməsi üzrə proqramdır.

Proqramı Avropa İttifaqı maliyyələşdirir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm