Heydər Əliyev Fondunun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev Fondunun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub

Heydər Əliyev Fondunun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub. Heydər Əliyev Fondunun

Heydər Əliyev Fondunun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirib ki, son on il ərzində Azərbaycanda 2700 yeni məktəb binası inşa olunub və yaxud əsaslı təmir edilib: “Görülən işlər nəticəsində respublika üzrə bir milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşıb və ümumiyyətlə, orta məktəb təhsilinin maddi-texniki səviyyəsi müasir tələblərə cavab verir.

Bildiyiniz kimi, 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə start verildi və bu layihə çox uğurla icra olundu. Biz o zaman orta məktəblərdə olan problemləri cəmiyyətimizin diqqətinə çatdırdıq və qısa bir zamanda vətəndaş cəmiyyətinin müxtəlif strukturları, özəl sektor, iş adamları bu proqramı dəstəkləməyə başladılar”.

Mehriban Əliyeva bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib: “O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artıb. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. Onu da nəzərə almalıyıq ki, son 10 il ərzində ölkəmizdə 1 milyon 200 min yeni iş yeri açılıb və bu gün bir çox ailələrdə valideynlərin ikisi də işləyir. Bu fakt özlüyündə yeni uşaq bağçalarının sayının artmasını tələb edir. Bu sahədə olan problemlərin həllinin cəmiyyətimiz üçün vacibliyini nəzərə alaraq mənim tapşırığımla Heydər Əliyev Fondunun mütəxəssisləri tərəfindən məktəbəqədər təhsil ocaqlarının mövcud vəziyyəti ilə bağlı araşdırmalar aparılıb və bir neçə ay davam edən bu işin nəticəsi üzrə geniş məlumat bazası yaradılıb. Qeyd etməliyəm ki, ilkin mərhələdə bu monitorinq yalnız Bakı şəhərində aparılmışdır. Gələcəkdə həmin iş respublika üzrə də aparılacaq”.

“Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Yeni bağçalar mövcud bağçaların ərazilərində tikilməlidir. Məndə olan məlumata görə, bağçaların bir çoxu böyük ərazidə yerləşir və geniş tikinti üçün imkanlar var. Eyni zamanda, yeni torpaq sahələri ayrılmalıdır ki, təzə bağçalar tikilsin. Təmirlə bağlı, dediyim kimi, bu bağçaların əksəriyyəti keçən əsrin təxminən 30-40-50-ci illərində inşa olunub. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir. Heydər Əliyev Fondu artıq bir neçə ildir bağça problemi ilə məşğul olur. Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə 20 yeni uşaq bağçası inşa edilib. Biz belə hallarla tez-tez üzləşirik. Bəzi hallarda yeni bağçanın tikintisi təmirdən daha sərfəlidir”, - Mehriban Əliyeva əlavə edib.

Sonra Fondun apardığı monitorinqin nəticələri təqdim olunub. Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verilib. Bildirildi ki, Heydər Əliyev Fondunun prezidentinin tapşırığına əsasən Bakı şəhəri üzrə mövcud məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti və bu sahəyə olan tələbatın öyrənilməsi məqsədi ilə Fondda işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrində monitorinq aparılıb. Monitorinq zamanı müəssisələrə fərdi baxış keçirilib, zəruri məlumatlar toplanılıb və fotoşəkillər çəkilib. Həmçinin Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərinin rayon icra hakimiyyətləri, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunmuş məlumatlardan istifadə edilməklə təhlil aparılıb, məktəbəqədər təhsil müəssisələrinin yerləşmə xəritəsi və elektron məlumat bazası hazırlanıb.

Sonra elektron xəritə əsasında hazırlanmış məlumat bazası təqdim edilib.

Bildirilib ki, monitorinq zamanı Bakı şəhərində 411 məktəbəqədər təhsil müəssisəsinin olduğu müəyyən edilib. Onlardan 345-i dövlət, 54-ü özəl, 12-si isə müxtəlif müəssisə və təşkilatların tabeçiliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələridir. Müəyyən edilib ki, Bakı şəhəri üzrə mövcud dövlət məktəbəqədər təhsil müəssisələrindən 137-nin əsaslı təmir olunmasına ehtiyac var. O cümlədən bu müəssisələrdən 11-i qəzalı və ya istismara tam yarasız vəziyyətdə olduğu üçün müvafiq dövlət qurumları tərəfindən fəaliyyəti dayandırılıb. Hazırda 33 uşaq bağçası təmir olunmaqdadır. Məlumat bazası Bakı şəhərindəki bütün məktəbəqədər təhsil müəssisələrini əhatə edir. İstifadə üçün müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və sahibkarlara təqdim oluna bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm