Hansı universitetdə ixtisasların sayı artırılır?
Bizi izləyin

Qırmızı.az

Hansı universitetdə ixtisasların sayı artırılır?

Sumqayıt Dövlət Universitetinin maddi-texniki bazası və kadr potensialı hazırkı durumda qənaətbəxş hesab olunur.

Lakin Sumqayıt Dövlət Universitetinin maddi-texniki və tədris laborator bazasının gücləndirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

Publika.Az-ın məlumatına görə, Bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların suallarına verilən cavablarda bildirilib.

Cavabda qeyd olunub ki, Sumqayıt Dövlət Universitetinin ixtisaslarının sayı artırılır və bununla da Sumqayıtda yaşayan gənclərin rahatlıqla öz şəhərlərində ali təhsil almasına şəraitin yaradılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm