Qırmızı.az
Avtobuslarda gediş haqqı mobil telefon vasitəsilə ödəniləcək
"Azercell" MMC ictimai nəqliyyatda mobil telefon vasitəsilə gediş haqqının ödənişi sistemini tətbiq etməyə hazırlaşır. Bunu cümə axşamı Trend-ə şirkətin prezidenti Kiril Qaburiç deyib.
Onun sözlərinə görə, ictimai nəqliyyatda yeni ödəniş metodunun
tətbiqi üçün 2 variant nəzərdən keçirilir: "Birinci variant birbaşa
SMS vasitəsilə ödənişi nəzərdə tutur. SMS göndərildikdən sonra
ştrix-kodun yüklənməsi üçün abonent qurğusuna dərhal yüklənən link
gəlir. Sonra ştrix-kod istifadə üçün daha aktiv olur. Sərnişin
turniketə yaxınlaşaraq telefonun ekranında alınan ştrix-kodu açır
və telefonu qurğuya qoyaraq ödəniş edir".
Digər variant qısa nömrəyə zəng edilməsini nəzərdə tutur. Qısa
nömrəyə zəng etməklə telefonun dinamikasında siqnal səsi
eşidiləcək. Bundan sonra sərnişin telefonu terminalın validatoruna
qoymaqla ödəniş edə biləcək. Gediş haqqının qiyməti tarifə uyğun
olaraq abonentin mobil hesabından silinəcək.
K.Qaburiç qeyd edib ki, hazırda iki variant sınaqdan keçirilir və
ödəniş sistemi daha optimal qərar qəbul edildikdən sonra tətbiq
ediləcək: "Hazırda biz "ikili cib"in hazırlanması üzərində
işləyirik. Bu yenilik abonentlərə iki hesaba nəzarət etməyə imkan
verəcək. Onlardan birincisi GSM-ə bağlanacaq, ikincisi isə mobil
ödənişlər həyata keçirəcək. Məsələn, bu, kommunal və digər
xidmətlər ola bilər".
Qeyd edək ki, hazırda paytaxtda 2500 avtobus fəaliyyət göstərir.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ