Təhsil Naziri təhsil müəssisələri ilə bağlı əmr verdi
Bizi izləyin

Qırmızı.az

Təhsil Naziri təhsil müəssisələri ilə bağlı əmr verdi

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında əmr verib.

Publika.Az-ın nazirliyin saytına istindən verdiyi məlumata görə, əmrə əsasən, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə və orta-ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş inşa yazı müsabiqəsi keçiriləcək.

Respublikanın təhsil müəssisələrində 2014-cü il mayın 10-da ilk dərs ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr ediləcək.


Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsil orqanları, ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsini təmin etməlidirlər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm