40 yaşlı azərbaycanlı qadının barda başına gələnlər...
Bizi izləyin

Qırmızı.az

40 yaşlı azərbaycanlı qadının barda başına gələnlər...

"Azərbaycanda "nikah agentlikləri"nin fəaliyyəti ciddi yoxlanılmalıdır. Bəzən həmin agentliklərin vasitəsilə ailə quran qadınlar sonda insan alverinin qurbanına çevrilirlər. Azərbaycandakı nikah agentliklərinin təcrübəsində bir neçə belə hadisəyə rast gəlinib".

Bu sözləri Movqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova söyləyib. M. Əzizovanın sözlərinə görə, hərdən qadınlar 35-40 yaşlarında insan alveri məqsədilə ailə qurmaq təklifinin olacağına inanmasalar da Azərbaycanda agentlik vasitəsilə ailə quran qadınlardan bir neçəsi insan alverçilərinin əlinə keçib:

"Azərbaycanda belə bir fakt qeydə alınmışdı ki, 40 yaşlı qadın ölkədə fəaliyyət göstərən nikah agentliyi vaitəsilə polşalı bir kişi ilə tanış olub. Həmin qadın Polşa vətəndaşı olan kişinin onunla saf niyyətlə ailə qurduğuna inansa da, sonda həmin kişi tərəfindən fahişəliklə məşğul olmağa vadar edilib. Polşa vətəndaşı olan həmin kişi azərbaycanlı qadını münasibətinin ciddi olduğuna inandırmaq məqsədilə Azərbaycana gəlib. Burada bir neçə gün qaldıqdan sonra onu Ukrayna sərhəsindən qanunsuz yolla keçirib. Polşaya çatdıqda isə onu bara təhvil verib. Azərbaycanlı qadın bir müddət həmin ölkədə məcbur fahişəliklə məşğul olub".

M. Əzizova buna bənzər bir hadisənin Azərbaycandakı nikah agentliyi vasitəsilə Türkiyə vətəndaşı ilə evlənən bir qadının da başına gəldiyini söyləyib.

Mərkəz rəhbəri ölkəmizdə fəaliyyət göstərən nikah agentliklərinin DİN-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzarətdə saxlamasının vacib olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm