Qırmızı.az
Prezident Böyükşorda tikinti və abadlıq işləri ilə tanış olub - FOTO (Əlavə olundu)
Prezident İlham Əliyev fevralın 28-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olub.
2015-ci ilin iyununda tarixdə ilk dəfə reallaşacaq Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar paytaxt Bakıda
bir sıra mühüm infrastruktur layihələri icra ediləcəkdir. Böyükşor
gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası
da bu qəbildən olan tədbirlərdəndir. İlk Avropa Oyunlarına aid
əksər tədbirlər Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə
olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcəkdir. Məhz bu
ərazi çoxsaylı qonaqları, idmançıları və turistləri qəbul edəcək.
Bu baxımdan Böyükşor gölünün və ətraf ərazilərin ekoloji
vəziyyətinin kompleks bərpasının mühüm əhəmiyyəti vardır. Bununla
bağlı birinci mərhələnin bu tədbirlərdən öncə yekunlaşdırılması
planlaşdırılır.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev görüləcək işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və mühafizəsinin "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Abşeron yarımadasının 9 gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər planı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Gölün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə olacaqdır. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün, Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunacaqdır. Birinci mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulmuşdur. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısını almaq mümkün olacaqdır. Ərazinin qərb sərhədini müəyyən edən altıxətli magistral şosse şəklində layihələndirilmiş bənd isə bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən isə Balaxanı-Binəqədi şossesi ilə birləşdiriləcəkdir. Bu da öz növbəsində şəhər yol infrastrukturuna düşən yükü azaldacaqdır. Göl hissəsindəki yolun ümumi uzunluğu 1570 metr təşkil edəcəkdir. Gölə axıdılan çirklənmiş suların qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına istiqamətləndiriləcək.
Göldən çirklənmiş çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi, həmçinin gölün ətrafında hazırda mövcud olan qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi planlaşdırılır. Gölün cənub sahilində çirkab suların qarşısı tamamilə alınacaq və burada geniş abadlıq-quruculuq işləri aparılacaq, park və yaşıllıqlar salınacaqdır. Gölün stadion istiqamətində çirklənmənin qarşısını almaq məqsədilə çirkab su kollektoru inşa olunacaqdır. Sahil xətti boyunca gəzinti bulvarının inşası və buradan stadion ərazisinə keçid nəzərdə tutulub.
Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci
illəri əhatə edəcəkdir. Bununla da göl öz təbii tarixi məcrasına
qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa
olunacaqdır. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən
Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab
edilir. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda göllərin
bərpası üzrə tədbirlər planının olması Azərbaycan dövlətinin
iqtisadiyyatın davamlı inkişafı, vətəndaşların sağlamlığı, onların
sosial məsələlərinin həlli və ekoloji durumun yaxşılaşdırılması
istiqamətində gördüyü işlərin ardıcıl xarakter daşımasının
təsdiqidir.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu