Fövqəladə hallar naziri Qubada vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Fövqəladə hallar naziri Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul edəcək.

Publika.az xəbər verir ki, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 28 fevral 2014-cü il tarixində saat 11:00-dan Quba şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Quba şəhər Mədəniyyət Evinin binasında (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti 165) 27 fevral 2014-cü il tarixində saat 10:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm