Martın ilk günü hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Martın ilk günü hava necə olacaq?

Martın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də sabah hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm