“İnfiniti”-yə görə 168 min manatlıq məhkəmə iddiası qaldırıldı
Bizi izləyin

Qırmızı.az

“İnfiniti”-yə görə 168 min manatlıq məhkəmə iddiası qaldırıldı

Daha bir vətəndaş “Nurgun Motors” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Vətəndaşın hüquqi nümayəndəsi Sima Yaqubovanın Femida.az-a verdiyi məlumata görə, hazırda Sabunçu rayon Məhkəməsində baxılan iddia istehlakçı hüquqlarının bərpasına və vurulmuş zərərin ödənilməsi ilə bağlıdır.

S.Yaqubova bildirib ki, onun müştərisi 8 iyun 2013-cü il tarixdə “Nurgun Motors” MMC-nin Bakı şəhəri, Babək prospektiti-31 ünvanda yerləşən mağazasından 88 min manata qara rəngli “İnfiniti QX 56” markalı avtomobil alıb.

Avtomobilə 3 il müddətində və ya 100000 km qarantiya verilib. “Avtomobil satıldığı vaxtdan bir ay istifadə edildikdən sonar onun sürət qutusunda problem olduğu müştərim tərəfindən aşkarlanıb. Belə ki, hər dəfə 3-cü sürət həddindən 4-cü sürət həddinə keçmə anında, sürət həddi keçməyib. Elə həmin vaxt, yəni 2013-cü ilin təxminən avqust ayının əvvəllərində (təxminən alındığı vaxt dan bir ay yarım sonra) sürət qutusunda problem müşahidə edildiyi vaxt avtomobil cavabdehin Servis Mərkəzinə gətirilərək onlara təhvil verilib.

Həmin ərəfələrdə “Nurgun Motors” MMC-nin Servis infiniti_qx56Xidməti və şirkətin rəhbər işçiləri tərəfindən şifahi olaraq iddiaçıya maraqlı məlumat verilib.

Onların dediyinə görə, Yaponiyada yerləşən “İnfiniti” şirkəti ilə yazışmalardan sonra məlum olub ki, sürət qutusundakı problemin əsası proqram təminatının istehsal zamanı düzgün yazılmamasıdır. Avtomobil avqust ayında cavabdeh şirkətə təhvil verildikdən sonra, 2013-cü ilin avqust ayından noyabr ayına qədər onların Servis Xidmətində saxlanılıb. Həmin vaxt isə iddiaçının nəqliyyat xərjlərinin qarşılanması üçün şirkət tərəfindən müvvəqqəti olaraq idarə edilmək üçün iddiaçıya köhnə “Nissan” markalı avtomobil ayrılıb. Daha sonra isə 2013-cü il noyabrın 11-də “Nurgun Motors” MMC tərəfindən avtomobil alıcıya təhvil verilərək, proqram təminatındakı problemin həll olunduğu, bir daha eyni problemin təkrarlandığı halında, avtomobilin eyni göstəricili avtomobillə dəyişdiriləcəyi bildirilib. Avtomobilin sürət qutusundakı eyni problem 2014-cü ilin yanvar ayının əvvəlində yenə aşkarlanıb. Bu səbəblə də, avtomobil 7 yanvar 2014-cü ildə cavabdeh şirkətə təhvil verilib. Hal-hazırda da avtomobil həmin şirkətin Servis Xidmətində qalır.

Göründüyü kimi, avtomobilin sürət qutusu istehsal olunduğu vaxtdan qüsurludur. Lakin bu günə qədər də, “Nurgun Motors” MMC tərəfindən satılmış istehsal qüsurlu olan avtomobilə görə ödənilmiş 88000 manat iddiaçıya geri qaytarılmayıb, nə də ki, eyni göstəricili başqa bir avtomobillə təmin olunmayıb” – deyə, S.Yaqubova bildirib.

İddiaçı məhkəmədən qüsurlu avtomobil üçün ödədiyi 88 min manat vəsaitin geri qaytarılmasını, yaxud aldğı avtomobillə eyni göstəricili yeni qüsursuz avtomobilli verilməsini, bununla yanaşı mənəvi zərərin əvəzi olaraq 80 min manat tələb edir.

Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.

Femida.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm