Hacı Fərhad Mirzə “Bakıxanov“ bazarının sökülməsindən danışdı
Bizi izləyin

Qırmızı.az

Hacı Fərhad Mirzə “Bakıxanov“ bazarının sökülməsindən danışdı

Hacı Fərhad Mirzə “Bakıxanov“ bazarının sökülməsindən danışdı

"Rəhbəri olduğum "Bakıxanov" bazarını heç bir səbəb göstərməkdən sökmək istəyirdilər.

Satıcılar ayağa qalxdı. Bildirdilər ki, bazar sökülsə ailələri ac qalacaq. Bundan sonra bazarı sökmək fikirindən daşındılar".

Bunu Teleqraf.com-a açıqlamasında "Bakıxanov" bazarının təsisçi Hacı Fərhad Mirzə bazarın sökülməsi təhlükəsindən danışarkən bildirib. O qeyd edib ki, Sabunçu Rayon İcra Hakimiyyəti heç bir əsas göstərmədən bazarı sökmək istəyirdi: "Səbəb göstərmədilər.

Əllərində də heç bir qərar yox idi. Hələlik planı təxirə salıblar. Necə olacağını da deyə bilmərəm. Burada 4 minə yaxın insan çalışır. Onların ailəsi var. Bazar sökülsə, burada işləyənlərin vəziyyəti pis olacaq. "Bakıxanov" bazarı Bakıda sanitar cəhətdən ən təmiz bazardır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm