Dünyanın ən ucaboy adamı da aksiyaya qoşuldu -FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Dünyanın ən ucaboy adamı da aksiyaya qoşuldu -FOTOLAR

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avstraliyada təşkil olunan silsilə aksiyalar davam edir

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Avstraliyadakı Azərbaycan diasporu tərərfindən təşkil olunan silsilə etiraz-məlumatlandırma aksiyaları bu gün də davam edib.

Azərbaycan-Türk Dostluq Cəmiyyətinin prezidenti, Türk Quruluşları Federasiyasının vitse-prezidenti İmametdin Qasımovun təşəbbüsü ilə ölkədəki ən böyük məscid olan Gelibolu Camisində 3500-dək insanın iştirak etdiyi cümə namazından öncə soyqırım barədə ətraflı məlumat verilib, Xocalı qurbanlarının ruhuna “Yasin” oxunub və dualar edilib.

Daha sonra Avstraliya qanunverici orqanlarına ünvanlanması nəzərdə tutulan və soyqırım aktına hüquqi-siyasi qiymətin verilməsinə çağırışın yer aldığı müraciət üçün böyük imza toplama mərasimi keçirilib. Mərasimdə çıxış edən İ.Qasımov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını, erməni və rus qoşunları tərəfindən yerli dinc azərbaycanlılara qarşı qətliamların törədilməsini və Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyətinin zəruriliyini qeyd edərək, artıq dünyanın bir sıra ölkələrinin bu qətliamı soyqırım kimi tanıdığını vurğulayıb.

Tədbir iştirakçılarına soyqırım aktına dair faktları əks etdirən kitablar və broşürlər paylanılıb.

İmza toplama aksiyasına qatılan Ginnesin Rekordlar Kitabına hazırda həyatda olan ən uca boylu (2.51m) insan kimi düşmüş Sultan Kösen də sənədə öz imzasını atıb.

Məlumat üçün bildirək ki, aksiyalar Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin dəstəyi ilə keçirilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm