ƏƏSMN və KİVDF jurnalistlər üçün müsabiqə elan edir
Bizi izləyin

Qırmızı.az

ƏƏSMN və KİVDF jurnalistlər üçün müsabiqə elan edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elan edilir.

Müsabiqənin məqsədi vətəndaşların əmək və sosial müdafiə hüquqlarının və bu hüquqların təminatı sahəsində aparılan işlərin KİV vasitəsilə cəmiyyətdə daha geniş təbliğinin dəstəklənməsi, əmək və sosial müdafiə sahəsi üzrə aktual mövzuların medianın gündəminə çıxarılmasına və həmin mövzularda jurnalist səriştəliliyin artırılmasına şərait yaradılmasıdır.

Qeyd edək ki, müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqə 28 fevral 2014-cü il tarixdə başlayır və 30 may 2014-cü il tarixdə başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fonda şəxsən təqdim olunmalıdır. Qiymətləndirmə meyarlarına mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, ictimai maraqların müdafiəsi daxildir. Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması gəlincə isə I yer - 1000 manat, II yer - 700 manat, III yer - 500 manat məbləğində nəzərdə tutulub. Həvəsləndirici mükafat isə 200 manatdır.

Qaliblər həmçinin Nazirliyin və Fondun xüsusi diplomu ilə təltif olunacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm