Millət vəkili İstanbul Vəkillər Kollegiyasında çıxış etdi
Bizi izləyin

Qırmızı.az

Millət vəkili İstanbul Vəkillər Kollegiyasında çıxış etdi

Millət vəkili Qənirə Paşayeva İstanbul Vəkillər Kollegiyasında (Barolar Birliği) vəkillərə müraciətlə Xocalı Soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi üçün birgə səylərimizi daha da artırmalıyıq dedi.

İstanbul Vəkillər Kollegiyasında (Barolar Birliği) Xocalı Soyqırımı ilə bağlı geniş müzakirələr keçirilib.

“Xocalı soyqırımı nəinki türk millətinin, insanlığın ortaq ağrısı olamalıdır. Çünki Xocalıda yaşananlar modern dünyanın insanlıq utancı idi”. Bu fikirləri İstanbul Barolar Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci il dönümü ilə əlaqədar, “Beynəlxalq hüquq və insan haqları baxımından Xocalı Qətliamı və Qarabağ problemi” mövzusunda keçirilən konfransda millət vəkili, Azərbaycan –Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva səsləndirib. Onun sözlərinə görə, Ermənistan modern dünyanın qəbul etdiyi qanunları pozaraq Azərbaycan torpaqlarını işğal etdi. İşğal nəticəsində 1 milyon insan hələ də öz evinə dönə bilmir. Bu insanların bitməyən acılarının olduğunu deyən millət vəkili “İnsanların evlərindən didərgin düşməsi ilə yanaşı 100 mindən çox insanın sağlamlığını itirib. Hələ bu siyahıya psixi strees keçirənlər daxil deyil. Ermənistan bütün bunları etməklə insanlığa qarşı bir cinayət etmişdi. Ancaq dünya ölkələri bu məsələyə müdaxilə etməyərək insanlığa qarşı edilən cinayətə ortaq olublar”-deyə bildirib.

O bildirib ki, “22 il öncə Xocalıda ermənilər tərəfindən törədilən soyqırım onların azərbaycanlı olduğu üçün deyil türk olduğu üçün gerçəkləşdirildi. Bunu erməni “ziyalıları” özləri etiraf edirlər. Ona görə də türk insanının əsas vəzifəsi harada doğulub harada yaşamasından asılı olmayaraq, Xocalı soyqırımının dünyada tanınmasına nail olmaqdır. Çünki beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri Ermənistan tərəf yerinə yetirmədiyi üçün hazırda 1 milyon insanımız evindən didərgin düşüb. Biz o insanların haqqlarının bərpası üçün səsimizi dünyaya eşitdirməyi bacarmalıyıq”.

Xocalı soyqırımının yalnız 22 il əvvəl baş verən hadisə olmadığını onun köklərinin 100-150 il öncə ermənilərin qurduğu məkrli plana sğykəndiyini dilə gətirən millət vəkili hüquqçularımızı bu məsələlərin ortaya çıxarılmasında fəl olmalarını bildirib. “Tarixə bələd olaraq bu hadisələrin təkrarlanmamasının və onu törədənlərin ədalət qarşısında cavab vermələrini təmin edə bilərik”.

Beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsində ciddi bir rol oynayacağına inanmadığı deyən millət vəkili, Ermənistanın həmin təşkilatların qərarlarını yerinə yetirməməsinə baxmayaraq, heç bir ciddi addımlar atılmır deyə fikirlərinə əlavə edib. “Əlimizdə hüququ baxımdan bütün sənədlər var. Ancaq bunu hüququ yolla həll etməli olna bütün qurumlar üzərinə düşəni etmək fikrində deyillər. Oyunlar da oyunçular da ortadadır. Ermənistanın “ərköyün” davranışı bəzi ölkələrin maraqlarına uyğun gəlir”.

O bildirib ki, “Bu gün ən əsas missiyamız olaraq gerçəkləri dünyaya çatdırmağı bacarmalıyıq. Dünyanın bu gerçəkləri görməsinə və Ermənistanın beynəlxalq məhkəmədə cavab verməsinə nail olmaq lazımdır. Xocalıya qədər edilən soyqırımların səbəbkarları cəzalandırılsa idi Xocalı baş verməzdi. Xocalının səbəbkarları cəzalandırılsa bu soyqırım yenidən təkrarlanmaz. Ancaq bunu törədənlərin layiqli şəkildə cəzalandırılması üçün lazımı işlər görülür. Görülən işlərin nəticəsi olaraq dünyanın bir çox ölkələrində Xocalıda baş verənlərin soyqırım olması barədə Pakistan Kanada Honduras, Amerikanın 6 ştatı və digər ölkələlər qərarlar qəbul ediblər.”

Millət vəkili türk insanının Türk dünyasının böyük qazisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” Azərbaycanın ulu öndəri Heydər Əliyevin “bir millət iki dövlət” fikirlərində yola çıxaraq hərəkət etmələrinin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan və Türkiyənin birlik və bərabərlik içərisində fəaliyyət göstərməsi çox vacibdir. Biz bir olaraq bütün türklərin torpaqları olan Dağlıq Qarabağ, Xankəndi, Şuşa Laçın və digər o gözəl torpaqları birlik və bərabərlik içərisində işğaldan azad edə bilərik”,-deyərək fikirlərini yekunlaşdırıb.

İki hissədən ibarət konfransın açılışını edən İstanbul Barosu rəhbəri Ümit Kocasakal İnsanlıq tarixinə qara ləkə adlandırıdığı Xocalı soyqırımının siyasi və hüquqi qarşılığının ödənilməli olduğunu dilə gətirib. “Xocalı hadisələri insalıq tarixinə bir ləkədir. Bunun siyasi və hüquqi qarşılığı ödənməlidir. Tarixçilər bunun arxasınca getməli onu törədənlərin ədalət qarşısında cavab vermələrinə nail olmalıdırlar”.

Türkiyə Vəkillər Kolleqiyasının üzvü Səidə Ekmenin idarəçi olduğu konfransda həmyerlimiz, Giresun Universitetinin rektoru, Prof. Dr. Aygün Attar da çıxış edib. Prof. Dr. Aygün Attar bildirib ki, Dağlıq Qarabağdakı problemlərin etnik məsələlərdən qaynaqlandığını demək yanlışdır. Onun sözlərinə görə, Xocalıya siyasi nəzərdən baxilarsa bunun gerçək soyqırım olduğu açıq şəkildə görünər.

Çıxışı zamanı 1915-ci ildə baş verənləri ortaq acı adlandıran A. Attar, bu zaman ermənilərlə yanaşı 2.5 milyon türkün də öldürüldüyünü və həmin rəqəmi tarixi sənədlərin təsdiq etdiyini deyib.

Prof.dr. Aygün Attar ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsində tarixən qərbin maraqlı olduğunu və 1943-cü ildə Tehran konfransında həmin maraqların dilə gətirilərək, Stalinin qarşısına qoyulduğunu bildirib. Onun sözlərinə görə, “İkinci Dünya Müharibəsinin sonunda böyük qələbə vəd edilən SSRİ rəhbəri Stalin, Mir Cəfər Bağırova ermənilrə tarixi Azərbaycan və azərbaycanlıların məskunlaşdığı torpaqlara köçürülməsini təmin etmək barədə əmr verir . İşin qəribə tərəfi bütün bunlar Azərbaycan dövlətinin büdcəsi hesabıan aparılmalı idi. Bu qərara etiraz edən MİrCəfər Bağırov Qərblə əlaqələr qurmaqda ittiham edilərək sürgün edilir. Ancaq etiraza baxmayaraq Stalinin verdiyi qərar icra olunur”.

Sonda tarixi gerçəkliklərə nəzər salaraq Xocalıya ədalət tələb edən Prof. Dr Aygün Attar, fikirlərini “Xocalıya ədalət, düşmənlərə lanət,şəhidlərə rəhmət”,-deyərk yekunlaşdırıb.

Tədbirdə həmçinin Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Muxtar Mustafayev də çıxış edərək ermənilərin türklərə olan düçmən münasibətinin tarixən də mövcud olduğunu deyərək, bunu ermənilər tərəfindən də etiraf edildiyini dilə gətirib. O bildirib ki, ermənilər müxtəlif illərdə azərbaycanlılara qarşı məkrli niyyətlərini nümayiş etdiriblər. “Ulu öndər Atatürk bildirib ki, türkün türkdən başqa dostu yoxdu. Bu anlayış nəinki XX əsrin əvvəllərində öncəki dövrlərdə mövcud olub”. O ermənilərin etdiklərinin Avropaya çatdırılmasının və ədalətin bərpa olunmasının vacib olduğunu bildirib.

M.Musayevin sözlərinə görə, Avropada öz haqlarımızın müdafiəsinə nail olarsaq Azərbaycan, Türkiyədən Ermənistanla əlaqələrini birmənalı şəkildə kəsməsini istəyəcək O, vurğulayıb ki, lazım gələrsə Azərbaycan öz ərazi bütövlüyünü hərb yolu ilə bərpa edəcək.

Qeyd edək ki, İstanbul barosunun təşkilatçılığı ilə keçirilən “Beynəlxalq hüquq və insan haqları baxımından, Xocalı qətliyamı”konfransı iki hissədən ibarət olub. Birinci hissədə Türkiyə Vəkillər Kolleqiyasının üzvü Səidə Ekmanın rəhbərliyi ilə millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva, Giresun Universitetinin rektoru, Prof. Dr. Aygün Attar və Azərbaycan Vəkillər Kolleqiyasının üzvü Muxtar Musayev məruzələrlər çıxış ediblər. İkinci hissə isə İstanbul Barosu katibi Hüseyin Özbekin idarəçiliyi ilə həyata keçirilib. İzmir İqtisad Universiteti, hüquq fakültəsinin tədris işləri üzrə rəhbəri Prof. Dr. Məltəm Dikmən Camiklioğlu, Lefke Avropa Universiteti hüquq fakültəsinin tədris işləri üzrə rəhbəri Dos.Dr. Cavid Abdullazadənin məruzələrindən sonra ikinci hissə başa çatıb.

Tədbirin sonunda məruzəçilərə plaketlər təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm