• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Memarlıq və İncəsənət İnstitutunda Muğamşünaslıq şöbəsi yaradılıb

Memarlıq və İncəsənət İnstitutunda Muğamşünaslıq şöbəsi yaradılıb

Memarlıq və İncəsənət İnstitutunda yeni Muğamşünaslıq şöbəsi yaradılıb.

Publika.Az-ın məlumatına görə, şöbə bu qayğının və diqqətin bariz nümunəsi olaraq AMEA-nın Rəyasət Heyətinin müvafiq göstərişinə əsasən yaradılıb.

Qeyd edək ki, muğam sənəti və muğam tarixi indiyədək AMEA-nın ayrı-ayrı sahə institutlarında, xüsusilə humanitar profilli institutlarda tədqiqatlara cəlb olunmuşdur. Lakin bu sahədə aparılan tədqiqatların mərkəzləşdirilməsi, sistemləşdirilməsi məqsədilə ayrıca bir şöbənin yaradılmasına böyük ehtiyac vardı. Yaradılan yeni şöbədə muğam sənətinin genezisi, quruluş modeli, lad və melodik xüsusiyyətləri öyrəniləcək, bu sənətin başqa musiqi janrları, həmçinin digər xalqların anoloji sənət nümunələri ilə müqayisəsi aparılacaq, muğam Şərq musiqi mədəniyyətinin tərkib hissəsi kimi tarixi-ictimai hadisələr zəminində, mərhələlərlə araşdırılacaq və s...

Azərbaycan musiqisi tarixinə dair dəyərli tədqiqatların müəllifi sənətşünaslıq doktoru Sevil Fərhadova yeni yaradılan şöbənin müdiri vəzifəsini icra edən təyin olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR