“Nabran Holiday Village” sahibinin səhhəti pisləşdi - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

“Nabran Holiday Village” sahibinin səhhəti pisləşdi - ÖZƏL

“CTF” şirkətinin təsisçisi , “Sumqayıt” Ticarət Mərkəzlərinin sahibi, sabiq millət vəkili Nizami İsgəndərovun səhhəti pisləşib. Bu barədə Publika.Az-a N.İsgəndərovun yaxını məlumat verib.

Məlumata görə, hazırda N.İsgəndərov Azərbaycandadır: “Son günlər Nizaminin bel nahiyəsində kəskin ağrılar yaranıb və buna görə də müalicə olunur. Belində yaranan ağırılarla əlaqədar Nizami İsgəndərov işə də çıxmır”.

Xatırladaq ki, 2013-cü il iyulun 21-də Nizami İsgəndərova məxsus olan “Nabran Holiday Village” istirahət mərkəzində 2 yaşlı İmran Cəfərzadə uşaqlar üçün hovuzda quraşdırılmış qurğudakı nasosun pərləri arasına düşmüşdü. Nəticədə azyaşlının bir ayağı kəsilmiş, digəri isə ağır zədələnmişdi.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm