YAP-dan Dövlət Departamentinin hesabatına kəskin REAKSİYA
Bizi izləyin

Qırmızı.az

YAP-dan Dövlət Departamentinin hesabatına kəskin REAKSİYA

YAP-dan Dövlət Departamentinin hesabatına kəskin REAKSİYA

"ABŞ Dövlət DepartamentiAzərbaycanın vətəndaşlarının iradəsinə hörmətlə yanaşmalıdır"

"Hansısa dövlətin xarici işlər nazirliyinin bir məmuru Azərbaycanda keçirilən seçkilərin üzərindən xətt çəkmək istəyir. Bu cür yalan ittihamlara, əcaib iddialara cavab verməyin mənası yoxdur. Bu, o qədər ağ yalan iddiadır ki, onu qəbul etmək mümkün deyil. Bunlar bizi zorla polemikaya, siyasi müzakirələrə cəlb etmək istəyirlər.

9 oktaybr prezident seçkilərində milyonlarla insan öz iradəsini ortaya qoyub. Seçkilər Azərbaycan qanunvericiliyi üzrə keçirilib. Beynəlxalq təşkilatların nümayəndələri seçkilərlə bağlı rəylərini bildiriblər. Hesab edirəm ki, dövlətlər arasında belə yanaşma düzgün deyil. ABŞ Dövlət Departamenti bir çox beynəlxalq layihələrdə iştirak edən Azərbaycanın vətəndaşlarının iradəsinə hörmətlə yanaşmalıdır".

Bunu Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ABŞ Dövlət Departamenti dünyada insan haqlarının durumuna dair illik hesabatında Azərbaycana həsr olunan bölmədə ölkədə ciddi problemlərin olduğuna dair iddialara münasibət bildirərkən qeyd edib.

A.Mirzəzadə hesab edir ki, xarici ölkənin Azərbaycanla bağlı hər bir iddiası üzrə bəyanat verməyə ehtiyac yoxdur: "Mən nəyə görə, Dövlət Departamentinin ittihamlarına cavab verməliyəm? Nəyə görə, bu ittihamlar Azərbaycanda müzakirə olunmalıdır? Hesabatda qeyd olunan məqamların hər birilə bağlı Azərbaycanda geniş məlumatlar verilib, müzakirələr aparılıb".

A.Mirzəzadə hesabatda "Ermənistanın dəstəyilə separatçılar Dağlıq Qarabağın böyük hissəsinə və Azərbaycanın digər yeddi rayonuna nəzarət edirlər" iddiasına da münasibət bildirib: "Bir tərəfdən belə bir mövqe var. Digər tərəfdən isə həmsədrlər münaqişə tərəflərini kompromisə gəlməyə dəvət edirlər. Qarşılıqlı razılaşma nədir? Azərbaycan Ermənistanın işğal etdiyi rayonların yarısının onlarda qalmasına razılıqmı verməlidir?

Xatırladaq ki, Dövlət Departamentinin hesabatda deyilir: “2013-cü il 9 oktyabr prezident seçkiləri və 2010-cu il parlament seçkiləri demokratik seçkilər haqqında ATƏT-in əsas standartlarına uyğun olmayıb.

İl ərzində insan haqları sahəsində aşağıdakı pozuntular daha çox qeydə alınıb: ifadə, toplaşma və birləşmə azadlığının məhdudlaşdırılması, jurnalistlərin, hüquq-müdafiçilərinin və demokratik fəalların qorxudulması, həbslər, güc tətbiq edilməsi.

Prezident seçkilərindən əvvəl hökumət dinc etirazlar üçün bir neçə əlverişsiz və ucqar yerlər ayırıb, icazəsiz etiraz aksiyaları zorla dağıdılıb, nümayişçilər saxlanılıb.

Seçkilərdən əvvəl və sonra Baklda müəyyən məhdudiyyətlər qoyulmaqla müxalifətin beş mitinqi keçirilib.

İl ərzində qəbul edilən düzəlişlər QHT-nin maliyyəlşdirilməsini çətinləşdirib.

Prezident seçkilərindən sonra hakimiyyət seçkilərin monitorinqini aparan iki QHT-yə qarşı cinayə təhqiqatına başlayıb. Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri həbs edilib, digər iki nəfərə ölkədən çıxmaq qadağan olunub.

Vətəndaşların dinc yolla hökuməti dəyişdirmək imkanları məhdudlaşdırılır. 9 oktyabr prezident seçkilərində nöqsanlar repressiv siyasi mühitin olması, namizədlər üçün bərabər imkanların olmaması, bütün mərhələlərdə, o cümlədən seçki günü, şikayət və apellyasiyalara baxılarkən ciddi çatışmazlıqların olmasından ibarətdir.

Yarıtmaz ədalət mühakiməsi, özbaşına həbslər və saxlamalar, siyasi motivli həbslər, prosessual normalara əməl olunmaması, icra hakimiyyətinin məhkəmə sisteminə təsiri – bütün bunlar dövlət məmurlarının özbaşınalığı kimi qəbul olunur. Eyni zamanda adi vətəndaşlara və ya onların ailə üzvlərinə qarşı cinayətlər cəzasız qalıb.

Hakimiyyət təhlükəsizlik qüvvələri üzərində effektiv nəzarət həyata keçirib. Təhlükəsizlik qüvvələri insan hüquqlarını pozublar.

Hakimiyyət mülkiyyət hüquqlarının qorunması məsələsində lazımi atmosferi təmin etməyib. Nəticədə məcburi köçürülmələr, binaların şübhəli əsaslarla sökülməsi, dövlətin götürdüyü mülkiyyətə görə adekvat kompensasiyanın ödənilməməsi baş verib.

Prezident Administrasiyasının korrupsiyaya qarşı tədbirləri fonunda bütün səviyyələrdə korrpusiyanın geniş yayılması barədə şikayətlər var.

İnsan hüquqları sahəsində digər bir problem də orduda sui-istifadə hallarının baş verməsidir. Qeyri-döyüş şəraitində ölümlə bağlı 60 hal, həbsxanalarda ağır və təhlükəli saxlama şəraiti qeydə alınıb.

Əvvəlkitək şəxsi həyata özbaşına müdaxilələr, qeydiyyatdan keçməyən bəzi müsəlman və xristian qruplar üçün din azadlığının məhdudlaşdırılması, siyasi həyatda iştirakın məhdudlaşdırılması, insan hüquqları sahəsində QHT-lərin qeydiyyata alınmaması halları baş verir.

Hökumət insan haqlarını pozan məmurların cəzalandırılması üçün təqdbir görmək iqtidarında deyil. Bu cəzasızlıq problemə çevrilib".

Sənəddə həmçinin deyilir ki, Ermənistanın dəstəyilə separatçılar Dağlıq Qarabağın böyük hissəsinə və Azərbaycanın digər yeddi rayonuna nəzarət edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm