Qırmızı.az
Şəmkirdə iki avtomobil toqquşub: 4 ölü, 2 yaralı
Bakı - Qazax magistralında ağır
yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün günorta saatlarında yolun Şəmkir
rayonundan keçən hissəsində iki avtomobil toqquşub. Samux rayonunun
Qovlar Sarı kənd sakini 50 yaşlı Elçin Xəlilovun idarə etdiyi “QAZ
24” markalı avtomobillə, Şəmkirin Sabirkənd kənd sakini, 67 yaşlı
Rəsul Əliyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində “QAZ-24”-ün sərnişini, Samux rayonunun Qovlar
Sarı kənd sakini, 38 yaşlı İsgəndər İsmayılov, “VAZ 21011” markalı
avtomobilin sürücüsü, Şəmkir rayon Sabirkənd kənd sakini, 67 yaşlı
Rəsul Əliyev, sərnişinləri, həmyerliləri, 65 yaşlı Rəfiqə Əliyeva,
41 yaşlı Rəqibə Əliyeva hadisə yerindəcə keçiniblər. “QAZ 24”-ün
sürücüsü, Elçin Xəlilov və “VAZ 21011”-də olan bir sərnişin bədən
xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına
yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində
araşdırma aparılır.
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR