• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Balakəndə bir gündə 2 yol qəzası: hərbi çağırışçı ölüb

Balakəndə bir gündə 2 yol qəzası: hərbi çağırışçı ölüb

Balakən rayonunda iki ağır yol-nəqliyyat hadisəsi baş verib.



Qəza nəticəsində bir nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb. Rayonun Tülü kənd ərazisində baş verib. Yol qəzası zamanı 1988-ci il təvəllüdlü, Balakən rayon Qullar kənd sakini Qarayev Rəşid Məhəmməd oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 08 BF 772 dövlət nömrə nişanlı avtomobillə “Kamaz” markalı 04 BH 225 dövlət nişan nömrəli avtomobil toqquşub. Nəticədə VAZ 2106 markalı avtomobilin sürücüsü Rəşid Qarayev və onun avtomobilində olan sərnişin 1996-cı il təvəllüdlü, Balakən rayonu Hənifə kənd sakini Xəlilov Ənvər Akif oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Balakən Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Ə.Xəlilovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Digər yaralı R.Qarayevin vəziyyətini isə həkimlər ağır qiymətləndirir. Dünyasını dəyişən Ənvər Xəlilovun hərbi çağırışçı olduğu bildirilir.

Rayonun Talalar kəndi ərazisində baş verən digər yol qəzası isə 3 nəfərin yaralanması ilə nəticələnib. “VAZ 2106” markalı 08 BD 832 dövlət nişan nömrəli avtomobillə “Mercedes” markalı 99 EB 985 dövlət nişan nömrəli avtomobilin toqquşması nəticəsində xəsarət alan 1963-cü il təvəllüdlü Talalar kənd sakini İmanov Sabruddin Abid oğlu, 1936-cı il təvəllüdlü Balakən rayon sakini İmanov Bəşir Qurban oğlu və 1988-ci il təvəllüdlü, Balakən rayonu Yeni Şərif kənd sakini Yüzbaşov Tural Cəbrayıl oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Balakən mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Həkimlər xəsarət alan 78 yaşlı Bəşir İmanovun vəziyyəti ağır qiymətləndirir. Digər yaralılar Sabruddin İmanovun və Tural Yüzbaşovun hazırda vəziyyəti orta-ağır hesab olunur. Qeyd edək ki, Tural Yüzbaşov Zaqatala Sərhəd Dəstəsinin Balakən rayon zastavasının zabitidir. Hər iki yol qəzası ilə bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. /anspress/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR