Bakın bəzi rayonlarına su bir neçə gün qrafiklə veriləcək
Bizi izləyin

Qırmızı.az

Bakın bəzi rayonlarına su bir neçə gün qrafiklə veriləcək

Kür-Bakı magistral su kəmərlərinin birinin qəzalı vəziyyətdə olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə verilən içməli suyun həcmi azaldılıb.

“Azərsu” ASC-dən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar 01-05 mart tarixlərində Yasamal, Binəqədi, Nərimanov, Nizami, Xətai və Qaradağ rayonlarının 24 saat fasiləsiz su ilə təmin olunan bəzi yerlərində içməli suyun verilməsi səhər və axşam olmaqla qrafik rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm