Xocalı soyqrımı İtaliya mətbuatında - FOTO
Bizi izləyin

Qırmızı.az

Xocalı soyqrımı İtaliya mətbuatında - FOTO

İtaliyanın “Ragusaoggi.it” saytında “Xocalı. Azərbaycan xalqının qəlbində açıq yara” başlıqlı məqalə dərc edilib. Məqalədə Xocalı faciəsi Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən törədilmiş Xocalı Soyqrımı adlandırılıb. Bundan başqa yazıda Xocalı fa

İtaliyanın “Ragusaoggi.it” saytında “Xocalı. Azərbaycan xalqının qəlbində açıq yara” başlıqlı məqalə dərc edilib. Məqalədə Xocalı faciəsi Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən törədilmiş Xocalı Soyqrımı adlandırılıb. Bundan başqa yazıda Xocalı faciəsinin ulu öndər Heydər Əliyev tərəfindən bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirildiyi qeyd olunub.


Müəllif diqqətə çatdırır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yüzlərlə azərbaycanlı Xocalıda qəddarlıqla qətlə yetirilib. Bu hadisənin soyqırımı kimi tanınması olduqca vacibdir.Soyqırımı nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla 613 nəfər vəhşicəsinə öldürülüb, 8 ailənin həyatına tamamilə son qoyulmuş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirib, 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Məqalədə bildirilir ki, məşhur jurnalist, “Qara bağ” kitabının müəllifi Tomas de Vaal 2000-ci ildə hazırkı Ermənistan prezidenti Serj Sarkisyandan müsahibə alıb. S.Sarkisyan müsahibəsində deyib: “Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu fikirlər Xocalı qətliamının məhz ermənilər tərəfindən törədilən ağır bir cinayət olduğunu bir daha sübut edir.

Müəllif münaqişənin sülh yolu ilə həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub. Qeyd edib ki, problemin nizamlanması istiqamətində qurum bir sıra addımlar atsa da, indiyədək heç bir nəticə əldə edilməyib.

Yazıda, həmçinin cari il fevralın 12-də Romada Xocalı soyqırımı ilə bağlı keçirilmiş beynəlxalq konfransdan da bəhs edilir. Vurğulanır ki, tədbir İtaliya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədi ilə keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm