Xocalı soyqırımı Misirin “Əl-Əhram” qəzetinin səhifələrində
Bizi izləyin

Qırmızı.az

Xocalı soyqırımı Misirin “Əl-Əhram” qəzetinin səhifələrində

Misirin nüfuzlu qəzetlərindən sayılan, bir milyon tirajla çap olunan “Əl-Əhram” qəzetində “Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı məqalə dərc edilib.

Misirin nüfuzlu qəzetlərindən sayılan, bir milyon tirajla çap olunan “Əl-Əhram” qəzetində “Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı məqalə dərc edilib.

Məqalədə Xocalı soyqırımı barədə geniş məlumat verilərək, erməni silahlı birləşmələrinin törətdikləri bu vəhşiliyin nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1275 xocalılının əsir və 150 xocalılının itkin düşdüyü bildirilib. Xocalı qətliamının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağrılı səhifəsi olduğu diqqətə çatdırılaraq, həmin faciənin Azərbaycana qarşı işğal planlarını həyata keçirməyə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyi və XXI əsrdə ən ağır beynəlxalq terror cinayətlərindən biri olduğu xüsusilə qeyd edilib.

Bununla yanaşı, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən məlum 4 qətnamənin və digər beynəlxalq təşkilatlar tərəfindən qərarların qəbul edildiyi, lakin Ermənistan tərəfindən hələ də həmin qərarların icra edilmədiyi diqqətə çatdırılıb, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu faciənin soyqırımı kimi tanındığı bildirilib.

Eyni zamanda, məqalədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi önə çəkilərək, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm