Bakıda zəncirvari qəza: xəsarət alanlar var
Bizi izləyin

Qırmızı.az

Bakıda zəncirvari qəza: xəsarət alanlar var

Bakının Nobel prospektində zəncirvari yol qəzası baş verib. Məlumata görə, qəza zamanı dörd avtomobil toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Məlumata görə, xəsarət alanlar 37 yaşlı Abbasova Təzəgül Çərkəz qızı, onun qızı, 17 yaşlı Abbasova Nazxanım Əfəndi qızı, eləcə də, 27 yaşlı Əhmədov Çingiz Muxtar oğlu və 27 yaşlı Mustafayev Tural Nizami oğludur.

Qəzaya "Toyota" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nobel prospektindən şəhər mərkəzi istiqamətində yüksək sürətlə hərəkət edən "Toyota" idarəetmənin itirilməsi nəticəsində maneələri aşaraq yolun əks istiqamətinə düşüb və üç avtomobili əzib. Qəzaya səbəb olan avtomobil əvvəlcə “BMW” markalı maşına, daha sonra isə iki "Mercedes"ə çırpılıb. Hər dörd avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır. Xəsarət alanların sayı və şəxsiyyəti dəqiqləşdirilir. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm