İstirahət günü hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

İstirahət günü hava necə olacaq?

Gündüz mülayim cənub küləyi əsəcək

Martın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 3-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm