DİN “ASAN xidmət”ə işə qəbulla bağlı müsabiqə elan edir
Bizi izləyin

Qırmızı.az

DİN “ASAN xidmət”ə işə qəbulla bağlı müsabiqə elan edir

Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə, Masallı və Sabirabad "ASAN xidmət" mərkəzlərində DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə kiçik (müqavilə hesablı) rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, müsabiqədə Bərdə, Masallı və Sabirabad rayonlarında yaşayan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 170 santimetrdən (qadınlar üçün 160 santimetrdən) hündür olan, ali təhsilli, kompüterdən istifadə etməyi bacaran Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar mart ayının 1-dən 30-dək şənbə, bazar və bayram günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək (012) 590-94-59, (012) 590-91-60 nömrəli telefonlarla DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm