• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İlham Rəhimov Albert Eynşteyn adına Beynəlxalq Fondun laureatı oldu

İlham Rəhimov Albert Eynşteyn adına Beynəlxalq Fondun laureatı oldu

Azərbaycanın əməkdar hüquqşunası, hüquq elmləri doktoru, professor İlham Rəhimov Albert Eynşteyn adına nüfuzlu Beynəlxalq Fondun laureatları sırasına daxil oldu.

Bu mükafata İ.Rəhimov hüquq elmindəki nailiyyətlərinə, xüsusilə də, fundamental dəyərlərə - insan hüquq və azadlıqlarına, ədalətlilik məvhumunun real anlayışı və gerçəkliyə obyektiv baxışlara dair tədqiqatlarına görə layiq görülüb. Maraqlıdır ki, professor İlham Rəhimovun mükafatlandırılması Fondun təsis edilməsinin 20-ci ildönümü ilə üst-üstə düşüb.

A.Eynşteyn adına Beynəlxalq Fond 1994-cü ildə Nyu-Yorkda Biznes Liderlərinin Qlobal Şurası tərəfindən təsis edilib. Hazırda Şuranın rəhbərliyinə ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri, Nyu-Yorkun keçmiş meri Rudi Culiani, iri biznes liderləri, eləcə də məşhur şəxslər – Süzan Sarandon, Qoldi Houn, Tom Kruz, Rene Russo, Kirk Duqlas və Nil Saymon daxildir.

Fond 1994-cü ildən dahi alimin adına nüfuzlu beynəlxalq mükafatı xüsusi elmi və texniki nailiyyətlər, biznesin inkişafına qeyri-standart yanaşmalar, mənəvi liderlik və qeyri-adi xarizma nümayiş etdirmiş şəxsiyyətlərə təqdim edir.

Bu mükafatın ilk laureatı ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan olub. Laureatlar sırasında Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer, kinorejissor Stiven Spilberq, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və başqa tanınmış siyasi, işgüzar və yaradıcı dairələrin nümayəndələri var.

Qeyd edək ki, professor İ.Rəhimov 2011-ci ildə də Fransada yerləşən “du Croissant et de I’Etoile” adlı insan hüquqlarının müdafiəsi beynəlxaq təşkilatının xüsusi mükafatına layiq görülüb. “Xalqların qarşılıqlı anlaşmalarının dəstəklənməsi sahəsində gördüyü ictimai işinə, tolerantlığa və sülh prosesinə sadiqliyinə, dünya xalqlarının mənəvi dəyərləriniə və mədəni ənənələrinə hörmət etdiyinə, Azərbaycan Respublikasının xalqlarının həmrəyliyinin dəstəklənməsinə, ekstremizmin və beynəlxalq terrorçuluğun bütün təzahürlərinə qarşı müqavimət göstərməyə hazır olduğuna görə “İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsi” Fransız beynəlxalq assosiasiyası Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Məmmədhəsən oğlu Rəhimovu 1-ci (ali) dərəcəli “Aypara və Ulduz” Beynəlxalq Ordeni ilə təltif etmişdir və ona “Aypara və Ulduz” Beynəlxalq Ordeni Kavaleri adı vermişdir”. Bu fikirlər nüfuzlu beynəlxaq təşkilatın rəhbəri Gerard Salvatonun imzası ilə təqdim olunan həmin diplomda qeyd olunub.

Mətbuat Xidməti

Xəbər lenti

DAHA ÇOX XƏBƏR