Azərbaycanda yük maşını minaya düşüb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yük maşını minaya düşüb

Bu gün Füzuli rayonu ərazisində yük maşını minaya düşüb. Hadisə səhər saat 10 radələrində Örənqala adlanan ərazidə baş verib.

Bu gün Füzuli rayonu ərazisində yük maşını minaya düşüb. Hadisə səhər saat 10 radələrində Örənqala adlanan ərazidə baş verib.

Füzuli rayon Aşağıveysəlli kənd sakini Elşən Alıkişiyev Tapdıq oğlunun idarə etdiyi MAZ markalı yük maşını torpaq yolda minaya düşüb. Tank əleyhinə minanın partlaması nəticəsində avtomobilə ziyan dəysə də sürücü heç bir xəsarət almayıb. ANAMA-nın bölgədəki ofisindən verilən məlumata görə, əraziyə qurumun əməkdaşları da baxış keçiriblər.

Əldə etdiyimiz məlumata görə həmin ərazidə əvvəllər mina insidenti qeydə alınmayıb. 1-ci Qarabağ müharibəsi zamanı bu ərazidə də döyüş əməliyyatları getdiyindən minanın da o zamandan qaldığı ehtimal edilir. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm