Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrinə imtahanı keçirilib
Bizi izləyin

Qırmızı.az

Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrinə imtahanı keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün martın 2-də test imtahanı keçirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün martın 2-də test imtahanı keçirilib.

İmtahan saat 10-da başlanmış və üç saat davam edib.

Sənədlərin qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılmışdır. Müsabiqədə iştirak etmək üçün 159 nəfərin namizədliyi qeydə alınmışdır. Onlardan 35-i hüquq istiqaməti, 124-ü isə pedaqogika istiqaməti üzrə sənəd vermişdir.

İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunmuşdur. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm