Buludlu, dumanlı, isti hava - İSTİRAHƏT GÜNÜ ÜÇÜN PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Buludlu, dumanlı, isti hava - İSTİRAHƏT GÜNÜ ÜÇÜN PROQNOZ

Aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 16-20, bəzi yerlərdə 24, dağlarda gecə 3-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm