Qırmızı.az
Ramil Usubov gələcək polislərlə görüşdü
Bu gün daxili işlər naziri Ramil Usubov Çevik Polis Alayında Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyindəki orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
DİN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb, tövsiyyələrini çatdırıb. Ümumən, 360 iddiaçının arasından daha hazırlıqlı olan 76 nəfərin DİO-da xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Eyni zamanda, nazir daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla bağlı DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin də sıra baxışını keçirib, onların hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyən 26 gəncin öz fiziki hazırlıqlıqlarını və dünyagörüşlərini artırmaları tövsiyyə olunub.
Tədbirin sonunda nazir Ramil Usubov namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov